1. Etnoqrafiya. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi. □ Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. (Y.V.Çəmənzəminli).
2. Etnoqrafiya. Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər. □ Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. (M.S.Ordubadi).
3. Cığcığa kimi şax şey haqqında. □ Cığcığa əsginaslar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. (Ə.Haqverdiyev).
Botanika. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot.
Azərbaycan dilinin izahlı lüğəti