1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. □ Ciddi adam. Ciddi oğlan.
2. Öz işinə dərin və tələbkar yanaşan, öz işini, məsuliyyətini yaxşı bilən. □ Ciddi alim. Ciddi yazıçı.
3. Mənaca, məzmunca əhəmiyyətli, məzmunlu. □ Ciddi danışıq. Ciddi əsər.
4. Zərf kimi: zarafatsız, zarafat olmayan. □ Ciddi deyirəm.
5. Həqiqi, əsl, gerçək; əsaslı, əməlli-başlı. □ Ciddi hiss. Ciddi sevgi. Ciddi müzakirə.
6. Əhəmiyyətinə və ya aqibətinə görə xüsusi diqqət tələb edən; böyük, əsaslı. □ Ciddi xəstəlik. Ciddi vəziyyət. Ciddi çətinlik.
7. Fikirli, fikrə dalmış, dalğın, əndişəli, iztirablı.
8. Ciddiyyət, qayğı, təlaş, iztirab, əndişə ifadə edən. □ Ciddi görkəm. Ciddi tonla danışmaq.