1. Coşmuş halda olan; qızışmış.
2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü. □ Coşqun sel. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıb yayılırdı. (A.Şaiq).
3. Məcazi mənada: qızğın, güclü, şiddətli, hədsiz; ehtiraslı, atəşin, həyəcanlı. □ Coşqun nitq. Coşqun baxışlar.
4. Məcazi mənada: dəliqanlı. □ ...Professor bu aramsız, diribaş, coşqun gəncdən çox şey gözləyirdi. (M.Rzaquluzadə).