1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq; bir şeyin üstündən qaldırıb yerə qoymaq, bir yerdən düşməsinə kömək etmək. □ Kitabları aşağı düşürmək lazımdır. Uşağı atdan düşürmək.
2. Bilmədən əlindən buraxmaq, əlindən salmaq; bilmədən toxunaraq düşməsinə səbəb olmaq, salmaq, yıxmaq, devirmək. □ Stəkanı əlindən düşürüb sındırdı. Dibçəkləri pəncərədən düşürmək.
3. Düşməsinə imkan vermək. □ Bütün şeylərini yolda düşürdü.
4. Məcazi mənada: alçaltmaq, endirmək, hörmətsiz etmək. □ Kollektivin gözündən düşmək.
5. Salmaq, məhrum etmək, devirmək. □ Padşahı taxtdan düşürdülər.
6. Dərmək. □ Bir gün qadınlarla çocuqlar moruq və çiyələk düşürməyə getmişdilər. (A.Şaiq).
7. Dağıtmaq, qoparıb götürmək. □ ...oğlu Ağabala divardan sərçə yuvası düşürür. (Y.V.Çəmənzəminli).
8. Salmaq, məruz etmək, düçar etmək. □ Pis vəziyyətə düşürmək.
Həmçinin bax: