1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs; birinə pislik etmək, zərər vurmaq istəyən, birinin pisliyini istəyən adam; ədavətkar, əleyhdar. □ Onun düşməni var. Düşmənin tikəsindən dostun silləsi yaxşıdır. (Atalar sözü).
2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. □ Düşməni darmadağın etmək. Düşməni məğlub etmək.
3. Zərər gətirən, zərərli olan şey haqqında. □ Xatircəmlik bizim ən böyük düşmənlərimizdəndir.
4. Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf. □ Düşmən şahını mat etmək.
Həmçinin bax: