1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney. □ Sevgili bir çoban, on bir yaşında; Düdük çalar axar sular başında. (H.Cavid).
2. Zavod, fabrik, parovoz və s.-nin fit borusu. □ ...onları yuxudan qaldıran zavod düdüklərinin səsi gəlmirdi. (M.S.Ordubadi).
3. Ümumiyyətlə, borucuq, boru şəklində olan şey.
4.Çox dar şalvar, paltar haqqında.
5. Arxaizm. Beşikdə uşağın sidiyini sirbincə axıdan borucuq.
6. İradəsiz, düşüncəsiz, tezaldanan, yelbeyin, boş adam haqqında (bəzən söyüş kimi işlənir). □ Düdüklər! Yorulmadan çağırınız bizləri... (M.Müşfiq).
Həmçinin bax: