1. Düyünü, ya düyünləri olan. □ Düyünlü ip.
2. Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. □ Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. (S.S.Axundov).
3. Məcazi mənada: dolaşıq, mürəkkəb, çətinliklərlə dolu. □ ...ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. (S.Rəhimov).
4. Məcazi mənada: dərdli, ürəyi dağlı. □ ...dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. (“Qaçaq Nəbi”).