1. Qazımaq, cırmaqlamaq. □ ...elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. (M.Rzaquluzadə).
2. Məcazi mənada: qıcıqlandırmaq, əziyyət vermək, pis təsir etmək (bu mənada adətən “qulağı”, “qəlbi” və s. sözlərlə işlənir). □ İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş; Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar. (H.Cavid).