1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə. □ Muradın gözləri dəhşətdən böyüdü. (S.Hüseyn).
2. Qorxu hissi; vahimə hissi doğuran hadisə, vəziyyət, mənzərə (çox vaxt cəm şəklində işlənir). □ Əsirlik – dəhşətlərin ən böyüyü idi. (Ə.Əbülhəsən).
3. Faciə, çıxılmazlıq. □ Öz vəziyyətinin dəhşətini hiss etdi.