Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəhliz [dəhliz] isim fars

1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. □ Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində. (B.Vahabzadə).
2. Küçə qapısı ilə ev, yaxud evlə həyət arasında üstüörtülü yol. □ Burası qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. (M.S.Ordubadi).
3. Dialekt. Böyük otağa yapışıq kiçik otaq.
4. Dialekt. Keçid. □ ...Dərənin arxasındakı dəhlizdə üst-üstə yığılan pətəklərdən... arılar dəstə-dəstə çıxırdılar... (S.Rəhimov).
5. Tibb. Qulaq boşluğu, orta qulaq.

Azərbaycan dilinin izahlı lüğəti