Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəllal [dəllal] isim ərəb

1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. □ Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! (Ə.Vahid).
2. Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı. □ Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz dəllalı olmuşdu. (A.Şaiq).
3. Aradüzəldən, vasitəçi. □ O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. (M.İbrahimov).

Həmçinin bax:

frazeologizm: dəllal bazarına döndərmək Azərbaycan dilinin izahlı lüğəti