Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəmkeş [dəmkeş] isim fars

1. Üzərinə çaydan qoymaq üçün samovar odluğunun yuxarı hissəsinə geydirilən və yanlarda deşikləri olan hissə. □ Yazıçı məişətdən danışarkən samovarın dəmkeşinə qədər xırda... detalları unutmur. (M.İbrahimov).
2. Xörəyin dəm alması üçün qazanın ağzına qoyulan qapaq. □ Göyçək arvad dəmkeşi qazanın ağzından götürüb xörəyin dəmini alır. (Ə.Vəliyev).
3. Sobaların bacalarında və s.-də dəm çəkmək üçün qoyulan deşik.
4. Zurnaçalanın yanında züy tutan çalğıçı, züyçü.

Azərbaycan dilinin izahlı lüğəti