1. Dəm almış, dəmə qoyulmuş. □ Dəmli çay. Dəmli plov.
2. Dəm qazı dolmuş, dəm qazı ilə zəhərlənmiş; boğanaq, boğucu. □ Dəmli otaq.
3. Məcazi mənada: şən, nəşəli, ürəkaçan. □ Bizlərə dəmli qız gərək; Xətli, qələmli qız gərək! (Ə.Nəzmi).
4. Məcazi mənada: kefli, sərxoş. □ Mən dənizçiyəm, özüm də adətim üzrə bu saat dəmliyəm. (“Kirpi”).