Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dərd [dərt] isim fars

1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. □ Dərdini dərd bilənə söylə. (Atalar sözü).
2. Haqqında düşünmək lazım gələn, qayğıya səbəb olan şey; ürəyi incidən daxili sıxıntı; qayğı, qeyd; əndişə, fikir. □ Kimsə gəlinin dərdindən agah ola bilmir. (Y.V.Çəmənzəminli).
3. Ağrı, bədən nasazlığı, xəstəlik, azar. □ Dərdi olan dərman arar. (Atalar sözü).
4. Məcazi mənada: ağrı, bədən nasazlığı, xəstəlik, azar. □ Zakirəm, sızlaram misli-əndəlib; Tapmayıb dərdimi, əl çəkdi təbib. (Q.Zakir).
5. Məcazi mənada: ürəkdəki sözlər, gizli arzular; sirr, fikir, düşüncə, məqsəd. □ Onun bircə dərdi var, o da mühəndis olmaq.
6. Danışanın müraciət etdiyi şəxsə bəd şeylər arzulaması, onu acılaması (bəzən “canına” sözü ilə) (qarğış). □ Zəhər, boğma, dərd, azar!... (C.Cabbarlı).

Həmçinin bax:

frazeologizm: canımın dərdindən frazeologizm: canının dərdindən frazeologizm: dərd alıb qəm satmaq frazeologizm: dərd yarıdır frazeologizm: dərdi başından aşmaq frazeologizm: dərdi yerə-göyə sığmamaq frazeologizm: dərdindən dəli-divanə olmaq frazeologizm: dərdindən ölmək frazeologizm: dərdinə qalmaq frazeologizm: dərdinə şərik olmaq frazeologizm: dərdinə yanmaq frazeologizm: dərdini çəkmək frazeologizm: dərdini dağıtmaq frazeologizm: dərdini təzələmək frazeologizm: dərdini yüngülləşdirmək frazeologizm: dünyanın dərdi Azərbaycan dilinin izahlı lüğəti