1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. □ Üz dəsmalı. Qab dəsmalı.
2. Burun və göz silmək üçün kvadratşəkilli parça; yaylıq. □ Dəsmalını çıxarıb üz-gözünü bərk-bərk sildi. (Mir Cəlal).
3. İçinə şey qoyulub bağlanılan hər cür parça, bağlama. □ Qasım əmi dəsmalın içinə bir neçə çörək qoyub bağladı belinə. (C.Məmmədquluzadə).
Həmçinin bax: