Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəst1 [dəs] isim fars

1. Bir adamın geyimini təmin edəcək paltar komplekti. □ İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. (N.Vəzirov).
2. Müəyyən məqsəd üçün lazım olan əşya və ya ləvazimatın məcmusu. □ Hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. (Mir Cəlal).

dəst2 [dəs] isim fars

Klassik ədəbbiyyatda əl mənasında işlənmişdir. □ Qışda dağlar ağ geyinər, yaz qara; Sağ dəstinlə ağ kağıza yaz qara. (Aşıq Ələsgər).

Azərbaycan dilinin izahlı lüğəti