1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş. □ Dağınıq və uçuq evləri görərkən... yolçunun ürəyi sıxıldı. (Ə.Məmmədxanlı).
2. Nizamsız halda tökülmüş, pərişan (saç və s. haqqında). □ Dağınıq saçlarını küləklərmi daramış?! (Ə.Cəmil).
3. Yığcam olmayan, qeyri-müəyyən, rabitəsiz, aydın olmayan, yayğın, uzun. □ Qocanın fikri dağınıqdır. (M.Hüseyn).