Dağ yamaclarında böyük süxur kütləsinin qoparaq aşağı düşməsi.
D.U. yerüstü və yeraltı suların təsiri, habelə tektonik proseslər nəticəsində əmələ gəlir. Belə uçqunlar dağlarda yolları sıradan çıxarır, bəzən çay dərəsinin qarşısını kəsərək bənd gölləri əmələ gətirir. Pamirdə (Tacikistan) Sarez gölü, Azərbaycanda Göygöl, Maralgöl, Abxaziyada Ritsa gölü uçqun zamanı yaranıb.
Coğrafiya terminləri lüğəti