Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daşmaq [daşmax] feil

1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). □ Kür daşmışdır.

2. Qabın tutumundan çox olduğu üçün; bərk qaynadığı üçün köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). □ Su daşır. Süd daşır.
3. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).
4. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). □ Şişman adam coşdu-daşdı... (A.Şaiq).
5. Hədəqəsindən oynamaq (göz haqqında). □ O həddindən artıq acıqlandı, ...gözləri daşmağa başladı. (M.S.Ordubadi).

Həmçinin bax:

frazeologizm: aş daşandan sonra çömçə axtarmaq frazeologizm: əlində yağı(n) daşsa da frazeologizm: səbir kasası dolmaq (daşmaq) Azərbaycan dilinin izahlı lüğəti