Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daimi [da:yimi] sifət ərəb

1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. □ Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü.
2. Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. □ Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. (S.Vurğun)
3. Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. □ Xalqlar arasında daimi sülh və əmniyyət.
4. Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. □ Daimi məşq.

Həmçinin bax:

jurnalistika: daimi yaddaş qurğusu coğrafiya: daimi donuşluq coğrafiya: daimi miqrasiya coğrafiya: daimi şaxta qurşaqları Azərbaycan dilinin izahlı lüğəti