Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dib [dib] isim

1. Dəniz, çay, kol və s. suyunun altındakı torpaq səthi. □ Sanki qalxmaq istəyir göyə dənizin dibi. (R.Rza).
2. Çuxur yerlərin ən aşağı hissəsi, alt səthi. □ Çalanın dibi. Xəndəyin dibi. Səngərin dibi.
3. Bir qab və s.-nin alt səthi, alt divarı. □ Stəkanın dibi. Bardağın dibi.
4. Ağac, kol və s.-nin altı, kökə yaxın yeri. □ Bənövşəyəm, mən tərəm; Kol dibində bitərəm. (Bayatı).
5. Taya, divar və s.-nin yerin səthi ilə birləşən ən aşağı hissəsi. □ Kimsə hasar dibi ilə irəliləyirdi. (Ə.Məmmədxanlı).
6. Bir şeyin bilavasitə yanı, yaxınlığı. □ Rüstəm kişi samovarın dibindən tərpənmirdi. (M.İbrahimov).
7. Qulaq, buynuz, diş və s.-nin bədənlə birləşən və ətin içində olan hissəsi. □ Ənvər Rəsulov qulağının dibini qaşıdı. (Ə.Vəliyev).
8. Bir yerin ən uzaq, ən dərin, ən arxa tərəfi. □ ...Dadaşım ...məni çəkə-çəkə apardı həyətin dibinə. (C.Məmmədquluzadə).
9. Qazanın və s.-nin dibində qalan xörək və s. □ Südün dibi. Aşın dibi.

Həmçinin bax:

frazeologizm: ağzı qulağının dibinə getmək frazeologizm: baltanı dibindən (kökündən) vurmaq frazeologizm: boşqab dibi yalamaq frazeologizm: cəhənnəmin dibində yaşamaq frazeologizm: çömçəsi boş qazanın dibinə dəymək frazeologizm: dibindən baltalamaq frazeologizm: dibinə daş atmaq frazeologizm: dibinə işıq salmayan çıraq frazeologizm: dişinin dibindən çıxanı demək frazeologizm: dizinin dibini kəsdirmək frazeologizm: dor dibindən qaçmaq frazeologizm: əlini qulağının dibinə qoymaq frazeologizm: küp dibində yatmaq frazeologizm: qab dibi yalamaq frazeologizm: qazan dibi yalamaq frazeologizm: qırx arşın quyunun dibinə salmaq frazeologizm: qulağının ardını (dalını, dibini) görər frazeologizm: qulağının dibi saralmaq frazeologizm: qulağının dibində frazeologizm: qulağının dibindən halva iyi gəlir frazeologizm: səsi quyunun dibindən gəlmək frazeologizm: suyun dibinə yatmaq frazeologizm: yastığının dibini kəsdirmək frazeologizm: yeddi arşın quyunun dibinə salmaq coğrafiya: dib çöküntüləri coğrafiya: okean dibi Azərbaycan dilinin izahlı lüğəti