1. Tükü tökülmüş, qotur. □ Dılğır at.
2. Boş, avara, lüt, yaramaz. □ Dılğır adam.
3. İsim kimi: boş, avara, lüt, yaramaz adam. □ Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: – Bala, adam ol! (C.Məmmədquluzadə).
4. Vecsiz, heç bir şeyə yaramayan (çox vaxt istehza ilə). □ ...bu, kəndimizin pisliyinə dəlalət etməz ki, iki yüz mənim kimi dılğır adam incisin bizim kənddən... (C.Məmmədquluzadə).