1. Dili olmayan, lal. □ Dilsiz adam.
2. İsim kimi: dili olmayan, lal. □ Dilsizi çağır.
3. Məcazi mənada: səssiz, cansız. □ Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. (M.İbrahimov).
4. Məcazi mənada: yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz.
5. İsim kimi məcazi mənada: yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz adam. □ Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər. (N.Nərimanov).