Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dincəlmək [dincəlməx'] feil

1. İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət etmək, dincini almaq, rahatlanmaq. □ Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. (M.Rzaquluzadə).
2. İstirahətini bir yerdə keçirmək. □ Bu il harada dincəldin?
3. Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. □ Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. (S.M.Qənizadə).
4. Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək. □ Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. (Q.Zakir).

Həmçinin bax:

frazeologizm: canı dincəlmək frazeologizm: qulağı dincəlmək frazeologizm: sümükləri dincəlmək Azərbaycan dilinin izahlı lüğəti