1. Danışdırmaq, söylətmək. □ Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı).
2. Məcazi mənada: əzizləmək, oxşamaq. □ Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. (M.Müşfiq).
3. Məcazi mənada: çalmaq, səsləndirmək. □ Divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. (Mir Cəlal).
4. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. □ Məhkəmədə bu gün şahidləri dindirəcəklər.