1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. □ Diqqətli adam. Diqqətli şagird.
2. Diqqətlə görülmüş; yaxşı, səliqəli. □ Diqqətli iş. Diqqətli yazı.
3. Qayğı ilə yanaşan; həssas. □ O öz yoldaşlarına qarşı çox həssas və diqqətlidir.
4. Ehtiyatlı. □ Dənizdə çimərkən çox diqqətlidir.