1. Dünyaya bala gətirmək; balalamaq. □ Uşaq doğmaq. Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı).
2. Məcazi mənada: çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında). □ Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi. (Bayatı).
3. Meydana çıxmaq, ortaya çıxmaq, əmələ gəlmək, törəmək, irəli gəlmək, nəşət etmək, hasil olmaq. □ ...sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. (Y.V.Çəmənzəminli).
4. Arxaizm. Doğulmaq, anadan olmaq mənasında.
Həmçinin bax: