1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. □ Göstərilən etimadı doğrultmaq.
2. Bəraət qazandırmaq. □ Onu qızların nəzərində doğrultmaq istəyirdi. (M.İbrahimov).
3. Belini dikəltmək, düz saxlamaq, düz qaldırmaq (çox vaxt “özünü” sözü ilə). □ Səfər kişi cəld ayağa qalxdı, özünü doğrultdu. (Mir Cəlal).
4. Nişan almaq, tuşlamaq. □ Bir daşa söykənib tüfəngimi doğrultdum. (A.Şaiq).
5. Yönəltmək. □ Arabanı yola doğrultmaq.
6. Əvəzini çıxartmaq (çox vaxt “özünü” sözü ilə). □ Qoyulan xərc özünü doğrultdu.
Həmçinin bax: