1. Dolaşıq düşmək, pırtlaşmaq, bir-birinə qarışmaq. □ Saçları dolaşdı. İp dolaşıb.
2. Dolanmaq, sarılmaq, ilişmək. □ Ayı zənciri ilə ağaca dolaşıb dartınır və bağırırdı. (S.S.Axundov).
3. Gəzmək, dolanmaq. □ Dolaşdım dünyanı, gəzdim baş-başa; Sənin kimi gözəl görmədim, haşa! (Aşıq Ələsgər).
4. Uçaraq dövrə vurmaq. □ Qartallar göy üzündə dolaşır.
5. Yayılmaq, intişar etmək; deyilmək (bəzən “ağızdan-ağıza”, “ağızlarda”, “dillərdə”, “dildən-dilə” sözləri ilə işlənir). □ Zavodda pulların tapıldığına dair şad bir xəbər dolaşdı. (S.Rəhman). ...Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. (C.Cabbarlı).
6. Məcazi mənada: nahaqdan işə düşmək, çətin və çıxılmaz vəziyyətə düşmək.
7. Məcazi mənada: sataşmaq, toxunmaq, öcəşmək. □ Bəylərə, xana dolaşmaq da zarafatmı məgər? (Ə.Nəzmi).
8. Çaşmaq, karıxmaq, sözünün dalını gətirə bilməmək, qarışdırmaq. □ O, sözünün axırında dolaşdı.
Həmçinin bax: