Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dolanmaq1 [dolammax] feil

1. Bir şeyin ətrafında fırlanmaq, hərlənmək, dövr eləmək, aylanmaq; dövrə vurmaq. □ Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar.

2. Məcazi mənada: dövr etmək; gəlib keçmək, ötüb keçmək. □ Saqiya, belə ahuf etmə; Dolanar bu zəmanə, inşallah. (M.Möcüz).
3. Gəzmək, dolaşmaq. □ Gedək bir az dolanaq, qayıdaq.
4. Yaxın gəlmək, bir yerə gəlmək; bir şeyin ətrafında, yaxınlığında gəzmək, görünmək. □ Heç kəs mənim qapımadolana bilməz. (Ə.Haqverdiyev).
5. Məcazi mənada: canlanmaq, daima xatirində, təsəvvüründə olmaq. □ Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. (M.Hüseyn).
6. Tədavüldə olmaq. □ Hələ bir az bankda, bir az da əllərdə prosent ilə pulları dolanır idi. (N.Nərimanov).
7. Sarılmaq. □ Misri qılınc gəlmələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. (“Koroğlu”).
8. İlişmək, dolaşmaq. □ Yeriyəndə ayaqları bir-birinə dolanır.
9. Dönmək, çevrilmək, dəyişmək. □ İndi bütün iş dolanıb lağ-lağa; Dərs oxudur hər başı fəsli çağa. (M.Ə.Sabir).
10. Hərəkət etmək, davranmaq, özünü hər hansı bir tərzdə aparmaq. □ Lakin öz etiqadını pozmayaraq ədəb dairəsində dolanırdı. (M.S.Ordubadi).
11. Yola getmək, yoldaşlıq etmək, keçinmək. □ Onlar bir yerdə dolana bilmirlər.

dolanmaq2 [dolammax] feil

1. Öz həyatını, dolanacağını bir vasitə ilə təmin etmək, keçinmək, yaşamaq, güzəran etmək. □ O indi çox yaxşı dolanır.

2. Ümumiyyətlə, yaşamaq, güzəran keçirmək, həyat sürmək. □ Bir növ dolanırdıq, mən palaz toxuyub satardım, o da öz işinə məşğul idi. (N.Vəzirov).

Həmçinin bax:

frazeologizm: ay dolandı, il keçdi frazeologizm: ay ötdü, il dolandı frazeologizm: başına dolanmaq frazeologizm: dörd dolanmaq frazeologizm: dörd yanına dolanmaq frazeologizm: dövran dolanmaq frazeologizm: dünya başına dolanmaq (fırlanmaq) frazeologizm: əlinin altında dolanmaq frazeologizm: gündə bir xurma ilə dolanmaq frazeologizm: xan kefində dolanmaq frazeologizm: kənar gəzmək (dolanmaq) frazeologizm: kölgəsində dolanmaq Azərbaycan dilinin izahlı lüğəti