1. Boş bir şeyin içinə doluncaya qədər şey qoyulmaq tökülmək, dolu hala gətirilmək; yükləmək, qoyulmaq. □ Kisələr unla dolduruldu. Maşınlar taxılla doldurulduqdan sonra yola düşdü.
2. Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil edilmək. □ Əsər mətləbə dəxli olmayan təfərrüatla doldurulmuşdur.
3. Bir yerdə bir şeyin çoxluğunu bildirir. □ Otaq papiros tüstüsü ilə doldurulmuşdur.
4. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. □ Plan artıqlaması ilə doldurulmuşdur.
5. Boş qoyulmuş yerlərinə lazımi yazılar yazılmaq. □ Anket dolduruldu.
6. Güllə və s. qoyularaq atış üçün hazır vəziyyətə salınmaq. □ Tüfənglər dolduruldu. Toplar dolduruldu.
7. Daş, torpaq və s. tökülərək düzləndirilmək, ya qurudulmaq. □ Çalalar dolduruldu.