Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dolmaq [dolmax] feil

1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq; dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq. □ Stəkanlar çayla doldu. Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı).
2. Məcazi mənada: bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq; dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq. □ Gülsəhər qızlarını görüncə ürəyi fərəhlə doldu. (Ə.Vəliyev).
3. Girmək, daxil olmaq (çoxlu miqdarda); nüfuz etmək. □ Qulaqlarıma su doldu.
4. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq; örtülmək, tutulmaq. □ Ətrafa səs doldu. Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. (Mir Cəlal).
5. Kökəlmək, ətə-cana gəlmək. □ Ətə dolmaq.
6. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq. □ O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. (S.Rəhimov).
7. Girmək, çatmaq, yetmək. □ Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. (Y.V.Çəmənzəminli).
8. Yetişərək şirə hasil etmək, sütülləşmək. □ Sünbüllər yavaş-yavaş dolur.
9. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. □ Planların hamısı dolmuşdur.

Həmçinin bax:

frazeologizm: ətə-qana dolmaq frazeologizm: gözləri dolmaq frazeologizm: kürkünə birə dolmaq frazeologizm: olan olub, torba dolub frazeologizm: səbir kasası dolmaq (daşmaq) frazeologizm: ürəyinə qara-qorxu dolmaq frazeologizm: yaşa dolmaq frazeologizm: yatağına qor dolmaq Azərbaycan dilinin izahlı lüğəti