1. Səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü. □ ...“Əfqanıstan” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi. (M.Arif).
2. Sifət kimi: səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü ilə bağlı olan. □ Dram janrı. Dövlət dram teatrı. Dram əsərləri.
3. Dram teatrı.
4. Məcazi mənada: faciə, ruhi iztirab.