Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

durğun1 [durğun] sifət

1. Hərəkətsiz, sakit. □ Durğun hava. Gecə olduqca sakit və durğun idi. (M.S.Ordubadi).
2. Göz, baxış haqqında. □ Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı... (A.İldırım).
3. Axmayan, axarı olmayan, bir yerdə duran. □ Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. (A.Şaiq).

durğun2 [durğun] isim

Yoğun bağırsağın sonu.

Həmçinin bax:

coğrafiya: durğun dalğa Azərbaycan dilinin izahlı lüğəti