1. Etnoqrafiya. Gəlin gedən qızın üzünü örtən tül örtü. □ Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. (C.Cabbarlı).
2. Etnoqrafiya. Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü. □ Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı).
3. Məcazi mənada: təşbehlərdə örtü. □ Qapqara bir duvaqla örtülmüşdür göy saray. (R.Rza).