1. Duz olan yer, duz mədəni. □ Şoranlıq duz duzlaq kimi ağarır, acı duz qoxusu beyinləri çatladırdı. (S.Rəhimov).
2. Duz çıxarmaq üçün dəniz kənarında əmələ gətirilən və ya təbii halda olan göl. □ Duzlağa buraxılan dəniz suyu günəşdə qurudulur, dibdə qalan duz toplanır.
3. Sürüyə, heyvanlara duz verilən yer. □ Qoruğun müxtəlif yerlərində daimi duzlaqlar təşkil edilmişdir.