1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey. □ Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı.
2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). □ Toxunulmaz ehtiyat. Ehtiyat qüvvələri. Ehtiyat fondu.
3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). □ Kömür ehtiyatı. Neft ehtiyatı.
4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. □ Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq.
1. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. □ Ehtiyat igidin yaraşığıdır. (Atalar sözü). Düşmən zəif olsa da, ehtiyatı əldən vermə. (Atalar sözü).
2. Qorxma, çəkinmə saqınma. □ İşin çətinliyindən ehtiyat etmək. Soyuqdan ehtiyat etmək.
Həmçinin bax: