Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fırlanğıc [fırranğıç] isim

1. Üfüqi və ya şaquli fırlanan attraksion növü. □ Fırlanğıca minmək.
2. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq.
3. Qazma qurğusunun fırlanan mili. □ Gilli məhlul nasoslardan tənzimedici kondensatorlara, oradan da rezin və ya elastik metal şlanq və fırlanğıcdan keçərək qazma kəmərinə daxil olur. (S.Quliyev).

Azərbaycan dilinin izahlı lüğəti