Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fəlsəfə [fəlsəfə] isim yunan

1. Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. □ Antik fəlsəfə. Orta əsrlər Azərbaycan fəlsəfəsi.
2. Hər hansı bir filosofun, mütəfəkkirin fəlsəfi nəzəriyyəsi, görüşü. □ Platonun fəlsəfəsi. Bəhmənyarın fəlsəfəsi.
3. Bir şey haqqında əmələ gəlmiş inam, əqidə, qənaət; konsepsiya. □ ..Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. (İ.Hüseynov).
4. Hər hansı bir elmin, bilik sahəsinin və s.-nin əsasını təşkil edən metodoloji prinsiplər. □ Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
5. Həyata keçirilə bilməyən, qeyri-real, lüzumsuz söhbət(lər); mühakimə.

Həmçinin bax:

jurnalistika: media fəlsəfəsi Azərbaycan dilinin izahlı lüğəti