Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fənər [fənər] isim yunan

1. Ətrafı və ya bir qismi şüşə, yaxud başqa şəffaf materialla örtülü işıq cihazı; fanus. □ Küçə fənəri. Fənəri yandırmaq.
2. Elektrik lampası. □ Geniş meydanlarda yansın fənərlər; Gecələr kəndimiz çilçıraq olsun. (O.Sarıvəlli).
3. Yolu işıqlandırmaq üçün avtomobillərdə, traktorlarda və s.-də reflektoru olan fara. □ Minik maşınının fənəri.
4. Zərbədən, zədələnməkdən üzdə əmələ gələn qançır, göy. □ Gözünün altında fənər var.

Azərbaycan dilinin izahlı lüğəti