1. Şeyləri, adamları bir-birindən ayıran hər hansı xüsusiyyət, onları bir-birindən ayıran cəhət; təfavüt. □ Yaxşı ilə pisin fərqi. Hekayə ilə romanın fərqi.
2. İki ədəd, məbləğ, kəmiyyət arasında təfavüt; dəyər ayrılığı. □ Ancaq yaş fərqlərinin çox olmadığına baxmayaraq, Ağca qarı gözə ərindən bir az qoca dəyirdi. (Ə.Əbülhəsən).
Həmçinin bax: