Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

faciə [fa:ciyə] isim ərəb

1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. □ Alkoqolizm faciə ilə nəticələnir.
2. Ədəbiyyatşünaslıq. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. □ “Nadir şah” faciəsində N.Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. (M.Arif).

Azərbaycan dilinin izahlı lüğəti