alman fiziki Qabriel Farenheytin adından
Temperaturu ölçmək üçün bəzi ölkələrdə istifadə olunan şkala.
F.Ş.-da buzun ərimə nöqtəsi ilə suyun qaynama nöqtəsi arasındakı temperatur intervalı 180 hissəyə – Farenheyt dərəcələrinə (°F) bölünüb, buzun ərimə temperaturu 32°F, suyun qaynama temperaturu isə 212°F qəbul olunub. Şkalanı 1724-cü ildə alman fiziki Qabriel Farenheyt təklif edib. F.Ş.-ndan ABŞ, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. Selsi (C) ilə verilmiş temperaturdan Farenheytə keçmək üçün həmin göstəricini 1,8-ə (temperatur intervalı) vurmaq və alınan hasilin üzərinə 32° gəlmək lazımdır; məsələn, +15°C-dən Farenheytə aşağıdakı kimi keçilir: (15 x 1,8) + 32° = 59°F. Farenheytdən Selsiyə keçmək üçün isə əks əməliyyat aparılır: C = (F – 32) : 1,8.
Coğrafiya terminləri lüğəti