İranın əsas əhalisini təşkil edən və həmin adlı dildə danışan xalq və bu xalqa mənsub adam. □ Farslar islama qədər zərdüştlüyə etiqad edirdilər.
1. Məişət mövzusunda yazılmış yüngül komediya, vodevil. □ Fars xüsusilə orta əsrlərdə Fransada şəhər əhalisi içərisində, tacir və peşəkarlar mühitində çox yayılmışdı.
2. Məcazi mənada: riyakarlıq, arsızlıq, yalançılıqla müşayiət olunan hərəkət, hadisə. □ Hər şeyi farsa döndərmək.
Azərbaycan dilinin izahlı lüğəti