Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fenologiya

yun. phaino – aşkar edirəm + yun. logos – elm, təlim

Təbiətdə mövsümi hadisələri, onların başlama və bitmə müddətlərini, bu müddətləri müəyyən edən səbəbləri öyrənən elm sahəsi.

F. həm bitki və heyvanlar aləmində (biofenologiya) mövsümi hadisələri, həm də təbiət hadisələrini (məsələn, qarın yağması – ilk və son ayazlar – buzbağlama – donuşluğun açılması) ardıcıllıqla qeydə alır və araşdırır. Fenoloji qanunauyğunluqların aşkar edilməsi xalq təsərrüfatında ərazi üzrə mövsümi işlərin təqviminin yaradılmasına, təbiətin mühafizəsi üçün və xəstəliklərə qarşı mübarizə məqsədilə qabaqlayıcı tədbirlərin görülməsinə kömək edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti