Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

filmoqrafiya

ing. film – lent + yun. grapho – yazıram

1. Filmlərin hər hansı meyar əsasında tərtib olunmuş siyahısı.

Rejissorun F.-sı onun çəkdiyi filmlərin, aktyorun F.-sı onun rol oynadığı kino əsərlərinin si­yahısıdır. F.-lar fərqli meyarlar əsasında tərtib edilə bilər; məsələn, Vaşinqton universitetinin sponsorluğu ilə yaradıl­mış «Soyuq müharibə – Qırmızı panika» ­­F.-sı dünyanı kommunizm təhlükəsindən xə­bər­­­dar edən filmlərin siyahısından iba­rətdir. ABŞ lüğətləri (Merriam-Webster) bu terminin ilk dəfə 1957-ci ildə «biblioqra­fi­ya» (kitabların siyahısı və təsviri) an­la­yışının kino üçün variantı kimi iş­lə­­dildiyini göstərir.

2. Filmlərin siyahıya alınması me­yarlarını, üsullarını və prinsiplərini öy­rənən elm sa­həsi.

Bu meyarlar, üsullar və prinsiplərə uyğun olaraq sorğu-mə­lumat kitabçaları tərtib edilir. Onların tematik, xronoloji, annotasiyalı (izahlı) və an­no­tasiyasız kimi müxtəlif növləri olur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti