1. Qarışıqlıq, ara pozma, ara qarışdırma; adamları, camaatı və s. bir-birilə vuruşdurmaq, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, fitnə-fəsad; provokasiya. □ ..Əgər onun fitnəsi olmasaydı, bibim nə müridlərin meyxanasına gedərdi, nə də başına bu iş gələrdi. (İ.Şıxlı).
2. Fitnəçi. □ Fitnə adamdır.
3. Məcazi mənada: qurğu, tələ, hiylə. □ Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. (M.S.Ordubadi).
Həmçinin bax: