Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

friqana

yun. phryganon – çör-çöp

Quraq iqlim şəraitində parçalanmış dağ yamaclarında bitən, alçaqboylu, adətən, həmişəyaşıl kserofit kol və yarımkollar.

Bu bitki qrupuna xoşətirli bir çox kollar (lavanda, rozmarin, yovşan), qaratikan, ardıc, yulğun və s. daxildir. F. subtropik iqlim qurşağının Aralıq dənizi tipinin hakim olduğu ərazilərdə üstünlük təşkil edir və Balkan, Kiçik Asiya, Krım yarımadalarında, Kipr, Siciliya adalarında geniş yayılıb. Azərbaycanda F.-ya Naxçıvan, Qobustan, Acınohur və Ceyrançöldə, qeyri-münbit torpaqlara malik daşlı dağ yamaclarında daha çox rast gəlinir.

Coğrafiya terminləri lüğəti