Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

güc [güc] isim

1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fiziki enerjisi, qüvvəsi; qüvvə. □ Gücünə bax, şələni bağla. (Atalar sözü).
2. Qüvvət, taqət. □ Qolunun gücü.
3. İşgörmə qabiliyyəti, enerji. □ Suyun gücü. Tozsoranın gücü.
4. Bacarıq, qabiliyyət. □ Öz gücünə həll etmək.
5. Qüdrət, qüvvət; təsir qüvvəsi. □ Dövlətin gücü. Sözün gücü.
6. İnandırma qabiliyyəti, təsir qüvvəsi. □ Təbliğatın gücü.
7. Bir şeyin təzahür dərəcəsi; intensivlik, gərginlik. □ Küləyin gücü.
8. Maddi cəhət, pul. □ Ev almağa gücüm yoxdur.
9. Üstünlük, qüvvə. □ Güc gəlmək.
10. Hüquqi cəhətdən qüvvəyə malik olma; səlahiyyət. □ Müqavilənin gücü.
11. Yardım, kömək. □ Çətinlikdə olana güc vermək.
12. Məhsul yetirmə, göyərtmə qabiliyyəti (torpaq haqqında). □ Torpağın gücü.
13. Böyük istehsal qüvvəsinə malik olma; qüvvə. □ Zavodun gücü.
14. Gücdür şəklində – çətindir, zordur. □ Gələn çox uzaqda olduğu üçün onun kim olduğunu fərq etmək gücdür. (S.Hüseyn).
15. Gücünə şəklində – yiyəlik halda olan isimlərdən və nisbət şəkilçili şəxs əvəzliklərindən sonra gələrək “köməyi ilə, yardımı ilə, arxalanaraq” mənasında işlədilir. □ Biliyin gücünə.

Həmçinin bax:

frazeologizm: ağzına gücü çatmamaq frazeologizm: çənəsinə güc (dəm) vermək frazeologizm: dilinə güc vermək frazeologizm: eşşəyə gücü çatmır, palanı döyür frazeologizm: güc almaq frazeologizm: güc gəlmək frazeologizm: güc vermək frazeologizm: gücdən düşmək frazeologizm: gücə düşmək frazeologizm: gücə salmaq frazeologizm: gücü çatmaq frazeologizm: gücünü itirmək frazeologizm: özünü gücə salmaq frazeologizm: tamah güc gəlmək jurnalistika: ötürücünün gücü coğrafiya: küləyin gücü Azərbaycan dilinin izahlı lüğəti