1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). □ Güclü adam.
2. İsim kimi: güclü, qüvvətli adam. □ Güclüləri heç kim məhv edə bilməz.
3. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. □ Güclü iradə.
4. Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. □ Güclü ordu.
5. Böyük nüfuz qüvvəsi olan; qüdrətli. □ Güclü dövlət.
6. Şiddətli, qüvvətli, bərk; böyük, dərin. □ Güclü isti. Güclü nifrət.
7. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı; öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli; yaxşı məlumatlı, bilikli. □ Güclü kadr. Güclü tələbə. Riyaziyyatdan güclüdür.
8. Bərk, möhkəm. □ Güclü sillə.
9. Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. □ Güclü neft qurğusu.
10. Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. □ Güclü nitq.
11. Uzaqdan eşidilən, çox bərk (səs haqqında). □ Güclü partlayış səsi.
12. Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit; yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. □ Güclü torpaq. Güclü ağac.